Xəbərlər

Azərbaycanda KİNOA bitkisinin perspektivi

Kinoa - (Latınca- Chenopōdium quīnoa) birillik  yalançı taxıl (ing. Pseudocereal) bikilərinə aid olub, Cənubi Amerika And dağlarının yamaclarında bitən Amaranthaceae ailəsinin Mar (Chenopodium) cinsinin bir növü olmaq etibarilə dənli taxıl bitkisidir.

Quinoa qədim mənşəli və ən vacib hindu yeməklərindən biri olmaqla, ink sivilizasiyası dövründə quinoa qarğıdalı və kartofla birlikdə üç əsas qida növündən biri idi. İnklər onu "qızıl taxıl" adlandırdılar.

Ənənəvi yayılma zonası dəniz səviyyəsindən 3000-4000 m yüksəklikdəki dağ yamaclarının vadiləri və terraslarıdır, yəni torpaqları pis və sərt iqlim şəraiti olan ərazilərdir. Vətəni - dünyanın ən yüksək gəmiçiliyi olan Titikaka gölünün sahilləri hesab olunur.

Quinoa, təxminən 3000 il əvvəl And xalqları tərəfindən becərilməyə başlanmışdır. Arxeoloji tədqiqatlara görə isə tarixi 5200-7000 il əvvələ təsadüf edir. Dəniz səviyyəsindən başlayaraq 4000 metrə qədər çox rahat yetişdirilə bilən bitkidir. Son illərdə kinoa bitkisinin becərilməsi ilə Boliviya, Uruqvay və Peru məşğul olur. Kinoa bitkisinin idxalının 90%-i ABŞ-ın payına düşür. Kinoa bitkisinin qırmızı, qara və açıq qəhvəyi rəngli növləri var.

100 qr kino dənində 372 kkal enerji dəyəri, 14-18q protein, 5,8 q yağ, 70 q karbohidrat, 6 q lif var. Kinoa qidalı liflərlə zəngindir. Bu liflər orqanizm üçün təbii təmizləyici vasitədir. Liflər həzm sistemində həll olunmur, onlar müxtəlif ziyanlı maddələri, artıq xolesterini özünə hopdurur və orqanizmdən xaric edir. Orqanizmi artıq xolesterindən təmizləyən kinoa ürək-damar sistemi üçün çox faydalı olub, həmçinin qanda şəkərin də səviyyəsini aşağı salır. Kinoa sinklə və maqneziumla xüsusilə zəngindir. Sink immun hüceyrələrini aktivləşdirir, insulin hormonunun sintezində iştirak edir və güclü antioksidantdır. Maqnezium isə təbii antistresdir, sinir sistemini və ürəyin sağlamlığını qoruyur.

Həmçinin qidalı liflərlə zəngin olan kinoa qəbizliyin və bağırsaq xərçənginin təbii profilaktikasıdır.

Vitamin B, D ilə zəngindir. Qlisin indeksi aşağı olan kinoa,”arıqlatmaq” xüsusiyyətinə malikdir.

Yüksək dağlıq ərazilərdən tutmuş mülayim, yağışlı, isti və quru, soyuq və quru, hər iqlimə uyğun olan, öz-özünə tozlanan bitkidir.

Torpaqda 5-70C temperatur olduğu zaman, mart, aprel və mayın birinci ongünlüyündə kinoa bitkisinin əkini həyata keçirilir. Əsas amil kinoanın çiçəkləmə zamanının +350 C temperaturu keçməməsini nəzərə alaraq bölgələrin seçilməsidir.

Səpin norması 5-12 kq/ha-dır. Dən məhsuldarlığı orta 2 t/ha, dünyada isə 9-9,5 t/ha təşkil edir.

1.Mühitin biotik və abiotik amillərinə davamlıdır.

2.Qlütensizdir, GMO ilə əlaqəsi yoxdur.

3.Yüksək keyfiyyət göstəricisi ilə “Super food” qida qrupuna aid 20 növ qidadan biridir.

Yüksək qidalılığı ilə fərqlənən və dünya dövlətləri tərəfindən “Bəşəriyyətin xilaskarı adlandırılan” Kinoa bitkisinin ölkəmizdə əkilib becərilməsi üçün Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovun tapşırığı əsasında 2021-ci ildə nazirliyin dəstəyi ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Türkiyə Respublikasından toxum gətirilərək  respublikanın müxtəlif bölgələrində əkilmişdir. Saatlı rayonunda “FRİCUTS”   MMC-nin, Tərtər BTS,  Beyləqan RAEM və  eyni zamanda İnstitututun Abşeron Yardımçı Təcrübə Təsərrüfatındanda kinoa bitksinin ümumilikdə 3,5 ha sahədə səpini həyata keçirilmişdir. Abşeron YTT-nın ərazisində 20 avqust 2021-ci il tarixində kino bitkisinin əkin sahəsinə baxış keçirən Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova il ərzində görülən işlər və gələcəkdə aparılacaq tədqiqat işləri barədə ətraflı məlumat verildi. Görüş zamanı cənab İnam Kərimov İnstitut əməkdaşları ilə görüşərək müəyyən məsləhətləşmələr aparıldıqdan sonra öz tapşırıqlarını verdi. Xüsusi olaraq yeni sortların ölkəyə gətirilməsi, mövcud sortlar üzərində elmi tədqiqat işlərinin aparılması, yeni sortların yaradılması, gələcəkdə standartlara uyğun əkinin aparılması, əldə olunan məhsulun emal edilərək qablaşdırılması üçün tələb olunan avadanlıqların alınması da tapşırıldı.

Hal-hazırda bitkilər yetişmə mərhələsindədir. Cari ildə Abşeronda kinoa bitkisinin seleksiya işlərinə başlanmış yetişkəliyinə, bitkinin arxitektonikasına, boyuna, çiçəklərin və gövdənin rənginə görə seçmələr aparılmış, seçilmiş bitki nümunərinin toxumları ayrı-ayrılıqda seleksiya pitomnikində sınağa daxil edilməsi və kinoa bitkisi üzrə yeni seleksiya mövzusunun təsdiqlənməsi nəzərdə tutulmuşdur. Gələcəkdə kinoa bitkisinin  yeni sortlarının yaradılması və sertfikatlı toxum istehsal etməklə fermer təsərrüfatlarında geniş sahələrdə əkilməsi planlaşdırılır. 

© 2020 Əkinçilik ETİ