Xəbərlər

Tərtər BTS Ağcabədi rayonunda keçirilən toxum sərgi-satış yarmarkasında iştirak edib

KTN-nin AXA-nın və Dövlət Taxıl fondunun təşkilatçılığı  ilə Ağcabədidə taxıl toxumlarının sərgi satış yarmarkası keçirilib. Əkinçilik ET İnstitutunun Tərtər BTS da öz məhsulları ilə yarmarkada iştirak edib. Sərgidə Əkinçilik ET İnstitutunda yaradılmış və Tərtər BTS-də istehsal olunan buğda və arpa sortlarının ( “Murov “, “Mətin”, “Xəzri”, “Qarabağ”, “Qarabağ 22”, “Qarabağ 33”, “Qırmızıgül”, “Günəş”, “Əskəran” və s.)  toxum nümunələri və dərzləri nümayiş olunub. Sortlar  toxumçu fermerlərdə xüsusi maraq doğurub. Bununla əlaqədar olaraq təqdim edilən sortların bioloji və aqronomik xüsusiyyətləri və becərmə aqrotexnikaları haqqında məlumat verilib və dərzləri  göstərilib. Bundan  başqa fermerlər qeyd olunan bölgələrdə rayonlaşdırılması üçün Dövlət Komissiyasına təqdim olunmuş sortlar haqqında da məlumatlandırılıblar. Əkinçilik ET İnstitutunda yaradılmış və yerli şəraitə uyğun olan sortların elit toxumlarının əldə edilməsi qaydalar da toxumçu fermerlərə  izah olunub.

© 2020 Əkinçilik ETİ