Xəbərlər

Aqrar İnkişaf Könüllüləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda qonaq olublar

İnstitutun direktoru Faiq Xudayev könüllülərə institutun fəaliyyət istiqamətləri və orada aparılan işlər haqqında qısa məlumat verib.

Vurğulanıb ki, son zamanlar aqrar sahədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun xüsusi rolu var. Həmçinin könüllülərə institutda aparılan elmi-tədqiqat işləri, respublikamızın regionlarından, o cümlədən xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları barədə geniş məlumat verilib. 

Sonra könüllülər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun muzeyində, 40 min kitaba sahib kitabxanasında, laborotoriyada olublar. Bundan başqa, könüllülər institutun Genbankı ilə, eləcə də təcrübə sahələrində əkilən soya və kinoa bitkiləri ilə də tanış olublar.

https://youtu.be/irILKOEcRtU 

© 2020 Əkinçilik ETİ