Xəbərlər

Əkinçilik ET İnstitutu tütünçülüyün inkişafı istiqamətində innovativ tədbirlər həyata keçirir

Əkinçilik Elmi-Tədqiqat İnstitutu yem bitkiləri ilə yanaşı, tütünçülük sahəsində də elmi-tədqiqat işləri aparır, həmçinin xeyli müddətdir ki, tütün bitkisinin toxumçuluğu ilə məşğul olur.
Bu il xaricdən introduksiya olunmuş və  ölkədə olan tütün toxumlarının əkini həyata keçirilib. Hal-hazırda Şəki Dayaq Məntəqəsində və fermer təsərrüfatlarında institutun əməkdaşı Qabil Kazımovun iştirakı ilə elmi-tədqiqat məqsədilə əkilən tütün sahələrinə baxış keçirilir və nümunələr seçilir.
Gələcəkdə də tütünçülüyün daha da inkişaf etdirilməsi və toxumçuluğunun genişləndirilməsi məqsədilə bu istiqamətdə elmi-tədqiqat işləri davam etdiriləcək.
© 2020 Əkinçilik ETİ