Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə, “Azorganik" Kənd Təsərrüfatı istehsal - istehlak kooperativi və “Etalon Agro” MMC arasında qarşılqılı əməkdaşlıq haqqında müqavilə imzalanıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə “Azorganik" Kənd Təsərrüfatı istehsal-istehlak kooperativi və “Etalon Agro” MMC arasında görüş keçirilib.

Görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev taxılçılıq sahəsində görülən seleksiya və toxumçuluq işləri, rayonlaşmış və dövlət reyestrində olan taxıl sortlarının üstünlükləri haqqında məlumat verib.

“Azorganik" Kənd Təsərrüfatı istehsal - istehlak kooperativi direktoru Faiq Osmanlı rəhbərlik etdiyi qurumun kənd təsərrüfatı sahəsindəki fəaliyyəti, əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verərək institutla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

“Etalon Agro” MMC-nin direktoru Laçın Novruzov dövlət və özəl sektorun birgə fəaliyyətinin səmərəsindən və gələcəkdə realaşdırılacaq layihələrin prespektivindən söz açaraq bu birgə işin bölgə fermerlərinin əkin bacarıqlarının formalaşmasına veriləcək töhfəni vurğulayıb.

 

Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə“Azorganik" Kənd Təsərrüfatı istehsal - istehlak kooperativi və “Etalon Agro”MMC arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, tərəflərin razılığı ilə “Azorganik" Kənd Təsərrüfatı istehsal - istehlak kooperativinə məxsus 40 hektar ərazidə müxtəlif gübrə normaları taxıl bitkiləri ilə nümayiş əkinləri təşkil edəcək, ictimaiyyətə açıq tarla platformasında digər fermerlər üçün praktiki seminarlar, tarla günləri və təlimlər təşkil olunacaq.

Qeyd edək ki, həmin ərazidə digər dərman, aqro qulluq vasitələri və suvarma sistemləri təqdim edən şirkətlər üçün də açıq sərgi rolunu oynayan əkin sahələri salınacaq ki, hər şirkət öz məhsulunu açıq tarla şəraitində nümayiş etdirə bilsin.

© 2020 Əkinçilik ETİ