Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuş layihələrin icra vəziyyətinə həsr olunmuş tədbir keçirilib

Əkinçilik ET İnstitutunda əməkdaşların Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuş layihələrin icra vəziyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə KTN Aqrar İnnovasiya Mərkəzinin  əməkdaşları, şöbə müdiri Sevda Hacıyeva, monitorinq və təhlil şöbəsinin müdiri Ramal Piriyev, şöbənin baş mütəxəssisi Nigar Xıdırova,  Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, layihə müəllifləri və institut əməkdaşları iştirak ediblər.
F.Xudayev çıxış edərək innovativ layihələrin  aktuallığından, əhəmiyyətindən və qarşıya çıxan problemlərdən bəhs edib.

Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları Sevda Hacıyeva və Nigar Xıdırova Aqrar İnnovasiya Mərkəzinin yeni strukturu və fəaliyyət istiqamətləri haqqında və İnnovativ layihələrin emalı haqqında təqdimat əsasında çıxış ediblər. Maliyyə istiqamətlərinə də aydınlıq gətirilib.
Sonra F.Xudayev institut əməkdaşları tərəfindən KTN təqdim olunan layihələr haqqında ümumi məlumat verib.
Tədbirə qatılan layihə müəlliflərinin hər biri Hacı Vahid Axundzadə, Tofiq Allahverdiyev, Laçın Novruzov, Sevil Abbasquliyeva layihələri üzrə fərdi şəkildə görülən işləri diqqətə çatdırıblar, problem və çatışmazlıqları qeyd ediblər.

Sonda F.Xudayev tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzulayıb və onlara hər bir işlərində dəstək olmağa hazır olduğunu bildirib.

© 2020 Əkinçilik ETİ