Rəhbərlik

İnstitutun direktoru: Xudayev Faiq Allahverdi oğlu, a.e.ü.f.d., dosent

Xudayev Faiq Allahverdi oğlu - (03 aprel 1974-cü il, Ermənistan Əzizbəyov rayonu Gomur kəndi) – 1996-cı ildə Yu­sif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı fakültəsinin “Aqranomluq” ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyə­tinə 1997-2002-ci illərdə “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başla­yıb. 2005-2008-ci illərdə ET Əkinçilik institutunda “Seleksiya və toxumçuluq” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifə­sində, 2008-2010-cu illərdə ET Əkinçilik institutunun “Bitki seleksiyası” şöbə­sində kiçik elmi işçi, 2010-2013-cü illərdə isə elmi işçi vəzifələrində çalışıb.

2012-ci ildə ”Növdaxili hibridləşmədən is­tifadə etməklə bərk buğdanın seleksiyası üçün yüksək dən keyfiyyətli ilkin materi­alın yaradılması” mövzusunda dissertasiya işini mü­dafiə edərək aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcə­si alıb.

2013-2015-ci illər ərzində Aqrar Elm Mərkə­zində baş mütəxəssis, 2015-2017-ci illərdə “İnformasiya məsləhət xidməti” şöbəsinin müdir əvəzi və 2018-ci ildə həmin şöbənin müdiri, 2019-cu ildə isə Aqrar Elm və İnno­vasiya Mərkəzində “Elmin təşkili və koordi­nasiyası” şöbəsinin müdiri, ƏETİ-nin “Bitki seleksiyası” şö­bəsində aparıcı elmi işçi vəzifələrində işləyib.

2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alim və Mütəxəssislər Şu­rasının sədri seçilib.

2018-ci ildə Azərbaycan Res­publikasının Prezidenti yanında Ali Attestasi­ya Komissiyasının qərarı ilə “Seleksiya və toxumçuluq” ixtisası üzrə “dosent” elmi adına layiq görülüb. Hazırda “aqrar elmlər doktoru” elmi dərəcəsi almaq üçün “Müxtə­lif aqroekoloji şəraitdə növdaxili hibrid­ləşmədən istifadə etməklə makaron səna­yesi üçün bərk buğdanın yeni sortlarının yaradılması” mövzusu üzrə tədqiqat işi aparır.  “Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” ictimai birliyinin sədridir.

2020-ci ildən Əkinçilik ETİ-nin direktorudur. 52-dən artıq elmi məqalənin, 3 modul dərs vəsaitinin, işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kursları­na cəlbinin təşkili üçün istixana operatorlu­ğuna aid 16, intensiv bağçılıq üzrə 49 təlim elementinin müəllifi­dir.  Eyni zaman­da həmmüəllifi olduğu 48 müxtəlif bitki sortları (20  yumşaq, 12  bərk buğda, 3 arpa, 1 tritikale, 1 noxud, 3 çəltik, 2 qarğıdalı, 1 at paxlası, 3 amarant, 1 kinoa, 1 maralfalfa) rayonlaşdırılmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunmuş və bunlardan 9 yumşaq və bərk buğda sortları rayonlaşdırılaraq Dövlət Reyestrinə daxil edilib və patentlə mühafizə olunur.

17 iyul 2023-cü il tarixindən Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayon və kəndləri üzrə rayon və kənd icmalarının yaradılması və rayon icmalarına sədr təyinatı haqqında Bakı şəhəri 38 nömrəli 14 iyul 2023-cü il tarixli əmrə əsasən 5 il müddətinə ictimai əsaslarla Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri təyin edilib.

© 2020 Əkinçilik ETİ