Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı fəxri ada layiq görülüb

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi, aqrar elmlər üzrə elmlər doktoru Yasin Kərimov bu il noyabrın 4-7-si tarixlərində Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Payız Sessiyasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olub.

Y.Kərimov sessiyadan öncə akademiyanın rəhbərliyi ilə görüşərək RTEA ilə Azərbaycan arasında əməkdaşlığa dair məsələləri müzakirə edib və bu müzakirələrin nəticəsində gələcəkdə təbiət elmləri, o cümlədən aqrar elmlər sahəsində əməkdaşlığa dair razılıq əldə edib.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı RTEA-nın Rəyasət Heyətinin 20 may 2020-ci il tarixli qərarı ilə həmin akademiyanın müxbir üzvü seçildiyinə, Rəyasət Heyətinin 22 mart 2021-ci il tarixli qərarı ilə biologiya elminin, genetikanın, seleksiyanın və bitkiçiliyin inkişafı sahəsində fəaliyyətinə, eləcə də N.İ.Vavilov adına medala layiq görüldüyünə görə, 06 noyabr 2021-ci il tarixdə müvafiq diplom və medalla təltif olunub. Bundan başqa, tədbirdə RTEA-nın Rəyasət Heyətinin 22 oktyabr 2021-ci il tarixli 966 №-li protokolunun qərarı ilə “Avropa Elmi-Sənaye Konsorsiumu”nun mükafatlar üzrə komissiyasının müvafiq qərarı ilə “LABORE ET SCIENTIA” ordeni ilə təltif olunması, eləcə də «LEONARDO DA VİNÇİ MEDALI” na (LEONARDO DI SER PIERO DA VINCI) layiq görülməsi və “Əməkdar elm və təhsil xadimi” Fəxri adının verilməsi barədə rəsmi məktublar təqdim edilib.

© 2020 Əkinçilik ETİ