ELAN
HÖRMƏTLİ HƏMKARLAR!
Sizi 17 dekabr 2021-ci il tarixində “ZOOM” proqramı ilə keçiriləcək “MÜASİR AQRAR VƏ BİOLOGİYA ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ: QLOBAL ÇAĞIRIŞLAR VƏ İNNOVASİYALAR” mövzusunda Virtual Beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik.
Təşkilatçı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu.
Konfransın elmi istiqamətləri:
- Bitki seleksiyası və iqlim dəyişmələrinə adaptasiya
- Kənd təsərrüfatı istehsalında innovativ texnologiyaların tətbiqi
- Kənd təsərrüfatı və biotexnologiya
- Aqrotorpaqşünaslıq və əkinçilik
- Yemçilik və otlaq ekosistemlərin dayanıqlı idarə olunması
- Kənd təsərrüfatı istehsalında iqtisadiyyatın elmi əsasları
Konfransın işi plenar və bölmə iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Konfransda iştirak qeydiyyat formasını dolduraraq [email protected] e-mail ünvanına göndərməklə həyata keçirilir.
Konfrans materiallarının qəbulu: Materiallar azərbaycan, rus və ingilis dillərində, həcmi 5 səhifədən artıq olmamaqla, 2021-ci il 15 dekabr tarixinə kimi [email protected] e-mail ünvanı vasitəsilə təqdim edilə bilər.
Qəbul olunmuş materiallar DOI verilməklə CrossRef bazasına daxil olacaq Konfrans materialları toplusunda nəşr ediləcəkdir.
Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edilə bilər.
Təşkilat komitəsi ilə əlaqə: Hacı Vahid Axundzadə, e-mail: [email protected], tel.: +99(455) 969 82 34
Ünvan: AZ 1098, Azərbaycan Respublikası, Bakı şəhəri, Pirşağı qəsəbəsi, 2№-li Sovxoz, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, e-mail: [email protected], tel.: +99(412) 551 61 30
“Müasir aqrar və biologiya elmlərinin aktual problemləri: qlobal
çağırışlar və innovasiyalar” mövzusunda virtual beynəlxalq elmi-praktiki konfransda iştirak etmək üçün
MƏQALƏLƏRİN TƏRTİBAT QAYDALARI
Konfransın materialları toplusunda dərc edilmək üçün (həcmi 5 səhifəyə qədər), elmi mətbuatda dərc olunmayan, azərbaycan, rus və ingilis dillərindən birində yazılmış məruzələr qəbul edilir. Mətn, düstur və cədvəllərin tərtibatında Microsoft Word for Windows redaktorundan istifadə edilməklə A4 formatında hər tərəfdən 2 sm; şrift Times New Roman, oriyentasiya – kitab olmalıdır:
Sol yuxarı küncdə UOT (yağlı şriftlə);
Məqalənin adı (böyük hərflərlə, yağlı şriftlə, mərkəzləşdirilmiş, ölçü 12);
Müəllif(lər)in S.A.A (tam) (kiçik hərflərlə, yağlı şriftlə, mərkəzləşdirilmiş, ölçü 12);
İş yeri, şəhər, ölkə (kiçik hərflərlə, kursiv, ölçü 11);
E-mail ünvanı (mərkəzləşdirilmiş);
Xülasə (100 –150 söz, kursiv, ölçü 11);
Açar sözlər (4-5 söz, ölçü 11);
Məqalənin əsas mətni bir sətirdən sonra ardıcıl olaraq abzasdan yağlı şriftlə “Giriş”, “Material və metodlar”, “Nəticələr və onların müzakirəsi”, “Yekun” və “Ədəbiyyat siyahısı” başlıqları ilə (ölçü 12, sətirarası interval – 1,15, abzas – 1,25 sm) şərh edilməlidir.
Ədəbiyyat siyahısı nömrələnərək əlifba sırası ilə ardıcıl olaraq azərbaycan, rus və ingilis dillərində, mətində ədəbiyyat mənbələrinə istinadlar kvadrat mötərizədə,
məqalənin sonunda isə digər iki dildə (azərbaycan dilində yazılan məqaləyə ingilis və rus dillərində) xülasə və açar sözlər verilməlidir.
NÜMUNƏ
UOT 633.1
MƏQALƏNİN ADI
Abışov Aslan Əliş oğlu1, Abbasova Nuray Əli qızı1,2
1Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı, Azərbaycan
2AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan,
E-mail: [email protected]
100-150 sözdən ibarət xülasə...
Açar sözlər: 4-5 söz ...
Giriş. Əhalinin ərzağa olan tələbatının ödənilməsində ...
Material və metodlar. Tədqiqatın obyekti ...
Nəticələr və onların müzakirəsi. Nəticə, nəticə, nəticə ...
Yekun
Yekun nəticə, yekun nəticə, yekun nəticə ...
Ədəbiyyat siyahısı
- Abbasov B.H. Tütünçülük. Bakı: Elm, 1987, 329 s.
- Həsənova Q.M., Hüseynov S.İ. Yumşaq buğdanın məhsuldarlığı və keyfiyyət göstəriciləri arasında korrelyasiya əlaqələri //Azərbaycan Aqrar Elmi. 2014. №1. S. 17-20.
- Osmanova V.K. Biotexnoloji metodların seleksiyada tətbiqi // “Biotexnologiya: kənd təsərrüfatında tətbiqi və perspektivləri” mövzusunda beynəlxalq konfransın materialları (Bakı, 15-17 noyabr, 2012). Bakı: “Müəllim” nəşriyyatı, 2012. S. 205-209.
……………..
……………..
ARTICLE TITLE
Abishov Aslan Alish1, Abbasova Nuray Ali1,2
1Research Institute of Crop Husbandry, Baku, Azerbaijan
2ANAS Institute of Genetic Resources, Baku, Azerbaijan,
E-mail: [email protected]
Abstract: Summary, 100-150 words
Keywords: 4-5 words
Inroduction:
Material and methods:
Results and discussion:
Conclusion:
References:
İŞTİRAKÇININ QEYDİYYAT FORMASI
"Müasir aqrar və biologiya elmlərinin aktual problemləri: qlobal çağırışlar və innovasiyalar" mövzusunda beynəlxalq elmi-praktiki konfrans
Soyad, ad, ata adı |
|
Elmi dərəcə, elmi ad |
|
Təşkilatın adı |
|
Vəzifə |
|
Məruzənin adı |
|
Müəllif(lər) |
|
Konfrans bölməsinin adı |
|
|
|
Əlaqə telefonu |
|
MÜASİR AQRAR VƏ BİOLOGİYA ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ: QLOBAL ÇAĞIRIŞLAR VƏ İNNOVASİYALAR
Beynəlxalq Elmi – Praktiki Konfrans
Bakı, Azərbaycan
17 dekabr, 2021
Fəxri sədr: AR K/T Naziri İnam Kərimov
Sədr: AR K/T Nazirinin müavini Elçin Zeynalov
Həmsədr: AR K/T Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Elvin Paşayev
Həmsədr: AR K/T Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov
Həmsədr: AMEA-nın vitse prezidenti İradə Hüseynova
Həmsədr: AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktouru Zeynal Əkpərov
Həmsədr: AR K/T Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev
Əlaqələndirici: Sevinc Məmmədova
Katib: Tofiq Allahverdiyev
Elmi Komitə:
Sədr: Nizami Hümmətov
Həmsədr: Atif Zamanov
Üzvlər: Qərib Məmmədov, İbrahim Cəfərov, Əlövsət Quliyev, Pənah Muradov, Səyyarə İbadullayeva, Ülviyyə Həsənova, Qətibə Həsənova, Yasin Kərimov, Vüqar Səlimov, Süleyman Allahverdiyev (Rusiya), Abdulla Çil (Türkiyə), Rəmzi Ekinçi (Türkiyə), Behcet Kır (Türkiyə), Aytən Salantur (Türkiyə), Mustafa Güləc (Türkiyə), İlham Qaraqurbanlı, Elmar Allahverdiyev, Siyalə Rüstəmova, Elçin Xəlilov, Mahir Hacıyev, Vaqif Kərimov (Rusiya), Aygün İsmayılova, Nurlan Əmrahov, Rəna Xankişiyeva, Abidin Abdullayev, Sevda Hacıyeva, Sevda Abdulbaqiyeva, Namilə Əzizova, Rasib Zeynalov, Xanbala Rüstəmov, Təmraz Təmrazov
Təşkilat Komitəsi:
Sədr: Şikar Əhmədov
Həmsədr: Hacı Vahid Axundzadə
Üzvlər: Qərib Novruzlu, Seyfulla Hüseynov, Sevindik Dünyamalıyev, Atabəy Cahangirov, Pərvanə Məmmədova, Əsmər Əhmədova, Şərqiyə Əfəndizadə, Zöhrab Qəribov, Röya Əsgərli, Aysel Labazanova, Hüseyn Feyzullayev, Pərvin Əliyeva.