Xəbərlər

Beynəlxalq Müqavilənin İdarəetmə Şurasının I Xüsusi Sessiyası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti” laboratoriyasının  aparıcı elmi işçisi, b.ü.f.d. dosent Sevinc Məmmədova onlayn formatda İtaliyada  keçirilən Ərzaq və Kənd Təsərrüfatı üçün Bitki Genetik Ehtiyatları (BGE) üzrə Avropa Birliyi də daxil olmaqla 148 ölkədən ibarət Beynəlxalq Müqavilənin İdarəetmə Şurasının I Xüsusi Sessiyasında iştirak edib.
Dünya  BGE-nin mühafizəsi və davamlı istifadəsini təmin etməklə, 2,3 milyondan çox BGE-yə əlçatanlıq, gəlirlərin  bərabər istifadəsi üçün Çoxtərəfli və BGE haqda məlumatlara çıxışı təmin edən Qlobal İnformasiya Sistemləri; ərzaq məqsədli  bitkilərin mühafizəsini təmin edən fermer, seleksiyaçı və alimləri dəstəkləyən Gəlirlərin birgə istifadəsi Fondu və Fermer Hüquqlarının təşviqi və qorunması  öhdəliyi olan etibarlı qlobal mexanizmlərə malik Beynəlxalq Müqavilənin İdarəetmə Şurasının I Xüsusi Sessiyası növbədən kənar çağırılıb.
İdarəetmə  Şurasının  IX Sessiyasının  COVID-19 qlobal pandemiya səbəbindən 2022-ci il 9-14 may tarixinə təxirə salınması nəzərə alınaraq, Beynəlxalq Müqavilə və Katibliyinin davamlı fəaliyyətinin təmin edilməsi, ərzaq və kənd təsərrüfatı istehsalına yararlı BGE istifadəçilərinə davamlı dəstək məqsədilə çağırılmış Sessiyada 2022 - 2023-cü illərə dair iki illik iş proqramı və 2022-ci il üçün aralıq büdcə təsdiq edilib.
© 2020 Əkinçilik ETİ