Xəbərlər

Çin Xalq Respublikasının BGİ şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Çin Xalq Respublikasının BGİ şirkəti ilə Azərbaycanın müvafiq tədqiqat institutları arasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün  22.12.2021-ci il tarixdə onlayn formatda toplantı keçirilib. 
Tolantıda BGİ tərəfdən şirkətin əməkdaşları Terence Xiong, Weitong, Kai Huang, Guozhi, Azərbaycan tərəfdən Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru Mehrac Abbasov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, institutun əməkdaşları Sevinc Məmmədova, Yaqub Quliyev və AMEA-nın Molekulyar Bilogiya və Biotexnologiya İnstitutunun icraçı direktoru Ələmdar Məmmədov iştirak ediblər. 
BGİ tərəfdən edilən təqdimatlarda həyat elmləri, bitki, heyvan və insan genomikası və genom ardıcıllığı, bio-kənd təsərrüfatı, təbabət genomikası, xərçəngin ilkin əlamətlərinin erkən diaqnozu, bitki sortlarının yaradılmasında dəqiq seleksiya, şoranlaşmış sahələrdə bitki genomikası, PCR testləri və digər aidiyyəti sahələrdə aparılan tədqiqat işləri və xidmətlər barədə geniş məlumat verilib. 
Azərbaycanda oxşar sahələrdə aparılan tədqiqat işlərinin vəziyyəti ilə bağlı Mehrac Abbasov və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevinc Məmmədova təqdimatla çıxış ediblər. 
Təqdimatlarda genom ardıcıllığı və bitki seleksiyası sahələrində Genetik Ehtiyatlar İnstitutunda və Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış tədqiqat şəraiti və aparılan işlər, yaradılan bitki sortları və  istifadə edilən seleksiya metodları, həmçinin beynəlxalq əməkdaşlıq barədə qısa məlumat verilib.
Təqdimatlardan sonra məruzə ətrafında müzakirələr aparılıb. BGİ tərəfindən aparılan tədqiqat işlərinin çox geniş spektrdə aparıldığını nəzərə alaraq qərara alındı ki, prioritet əməkdaşlıq sahələrini müəyyən etmək üçün BGİ tərəfindən “əməkdaşlıq üçün ilkin tələblər” hazırlansın və müzakirə üçün Azərbaycan tərəfə göndərilsin. Növbəti mərhələdə BGİ-nin hazırladığı təkliflərin aidiyyəti institutların əməkdaşları tərəfindən müzakirə olunması və mümkün əməkdaşlıq sahələrinin müəyyən edilərək qarşı tərəfə göndərilməsi nəzərdə tutulur.
© 2020 Əkinçilik ETİ