Xəbərlər

“Modern seleksiya və molekulyar biologiya” laboratoriyasında turk mütəxəssisləri tərəfindən həyata keçirilən təlimlər davam edir

Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən “Modern seleksiya və molekulyar biologiya” laboratoriyasında turk mütəxəssislərinin təlimləri davam edir. Təlimlər Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Dr. Abdullah Çil, institutun “Biotexnologiya” laboratoriyasının müdiri Dr. Ayşe Nuran Çil və laboratoriyanın əməkdaşı xanım Hacer Burun tərəfindən aparılır. Hal-hazırda təlim proqramına əsasən DNT izolyasiyasında istifadə olunacaq yarpaq nümunələrinin götürülməsi və mühafizəsi, DNT izolyasiyasının ilkin mərhələləri (yaş, quru nümunələrin çəkisi və s.) və DNT izolyasiyasının həyata keçirilməsi öyrənilir.

© 2020 Əkinçilik ETİ