Xəbərlər

Əməkdaşlığa dair növbəti görüş keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı və institutun direktoru Faiq Xudayevin, Türkiyə Respublikasının Adanada yerləşən Doğu Akdeniz Elmi-Tədqiqat İnstitutunun direktoru Abdulla Çilin, Aqrar Xidmətlər Agentliyinin, “Moran Agro”, “Etalon Agro”, “Agro Dairy”, “Aqstafa Aqrar Sənaye Kompleksi”, "Azorganik" Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi, “SP Agro”, “Fruktus” şirkətlərinin rəsmi nümayəndələrinin iştirakı ilə əməkdaşlığa dair görüş keçirilib. 
Görüş toxumçuluq sahəsində özəl və dövlət istiqamətli əlaqələrin daha səmərəli təşkili və səmərəliliyinin yüksəldilməsi, yeni sortların birgə yaradılması məqsədilə təşkil olunub. 
Tərəflər yüksək və keyfiyyətli məhsul əldə olunması üçün dövrün tələbinə cavab verən, yeni məhsuldar və keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı sortların yaradılmasına ehtiyac olduğunu da vurğulayıblar.
Görüş zamanı sortların toxumçuluğuna, sınağına və digər aqrotexnoloji təcrübələrə həsr olunmuş tarla günləri, seminarlar, təlimlər və digər tədbirlərin təşkili, toxumçuluqla məşğul olan sahibkarların, fermerlərin, aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin iştirakının təmin olunması istiqamətində də müzakirələr aparılıb.
© 2020 Əkinçilik ETİ