Rəhbərlik

Nizami Qulu oğlu Hümmətovb ,b.ü.f.d., dosent / Elmi işlər üzrə direktor müavini

Nizami Qulu oğlu Hümmətov 9 noyabr 1961-ci ildə Ermənistan SSR-nin Oktemberyan rayonunda anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika fakultəsini bitirib. Həmin ildə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun “Bitki fiziologiyası” şöbəsində baş laborant kimi işə başlamış və 1986-cı ildə kiçik elmi işçi vəzifəsinə keçirilmişdir.1987-1988-ci illərdə Moskva vilayətinin Puşçino şəhərində SSRİ EA Torpaqşünaslıq və Fotosintez İnstitutunda (indiki REA Torpaqşünaslığın Fiziki-kimyəvi və Bioloji Problemləri İnstitutunda) elmi təcrübəkeçmədə olmuş, 1988-1991-ci illərdə həmin institutda “Torpaqşünaslıq” ixtisası üzrə əyani aspiranturada təhsil almış və 1992-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Torpaqşünaslıq fakultəsində “Boz-meşə torpağının hidrofiziki xarakteristikalarının məkan və zaman dəyişkənliyi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-1993-cü illərdə Əkinçilik İnstitutunun “Aqrokimya və torpaqşünaslıq” laboratoriyasında elmi işçi və böyük elmi işçi vəzifələrində işləmiş, 1994-1998-ci illərdə isə həmin laboratoriyaya rəhbərlik etmişdir. 1998-2009-cu illərdə institutun Torpaq və bitki analizləri laboratoriyasında böyük elmi işçi, 2009-2015-ci illədrə isə aparıcı elmi işçi vəzifələrində fəaliyyət göstərib. 2015-ci ilin dekabr ayından etibarən Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. “Torpaqşünaslıq” ixtisası üzrə dosent elmi adı alıb və həmin ixtisasdan 2 doktorantın rəhbəridir. 50-dən çox elmi əsərin və 2 kitabın müəllifidir. Azərbaycan və Rusiya Torpaqşünaslar Cəmiyyətinin, Azərbaycan Coğrafiya Cəmiyyətinin və institutda fəaliyyət göstərən Elmi Suranın və Müdafiə Şurasının üzvüdür.

Email: ngummatov@mail.ru

Əlaqə tel: (+99412) 551-61-30

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ