Elanlar

Fermerlərin nəzərinə!

Əkinçilik Elmi-Tədqiqat İnstitutu  tərəfindən fermerlər üçün regionlarda ödənişsiz təlimlər keçiriləcək

Əkinçilik ET İnstitutu tərəfindən regionları əhatə etməklə “Payızlıq əkinlərində dənli taxıl bitkilərinin  becərilməsi” mövzusunda Şəki, Tərtər, Qobustan, Ağstafa, Kürdəmir və Cəlilabad rayonlarında fermerlər üçün  ödənişsiz təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim mövzuları 3 istiqamətdə müəyyənləşdirilib: 1) becərmə, 2) bitki mühafizəsi, 3) gübrələmə və meliorativ tədbirlər.

Fermerlər iştirak etmələri üçün [email protected] ünvanına və 055-607-83-14 (Whatsapp) nömrəsinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər. Təlimlər fermerlər qeydiyyatdan keçdikdən sonra müraciətlərinə uyğun olaraq keçiriləcək.

© 2020 Əkinçilik ETİ