Xəbərlər

Əkinçilik ETİ-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır və hər zaman da yaşayacaq. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. O, Azərbaycan xalqının lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirib. 
Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev elmə, təhsilə, mədəniyyətə həmişə xüsusi diqqət və qayğı göstərib. Onun parlaq ideyaları Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Bu gün tərəqqi edən ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar sonsuz sevinc və qürur hissləri doğurur. 
Ulu öndər Heydər Əliyevin bütün həyatını, fəaliyyətini doğma Azərbaycana həsr etdiyini söyləyən Faiq Xudayev onu da diqqətə çatdırıb ki, Heydər Əliyev tariximizdə xidmətləri, böyük xilaskarlıq rolu misilsizdir. Biz fəxr edirik ki, dahi şəxsiyyət Heydər Əliyev kimi Ümummilli Liderimiz var. Ulu Öndərin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
Tədbirdə Əkinçilik ETİ-nin istehsalat üzrə direktor müavini Qərib Novruzlu, institutun Həmkarlar Təşkilatının sədri Sevil Əliyeva və digər əməkdaşlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Respublikamızın müstəqilliyi və azadlığı uğrunda apardığı misilsiz işlərdən, tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs ediblər. Ulu Öndərin xatirəsinə həsr olunmuş şeirlər səslənib, videoçarx nümayiş olunub.
© 2020 Əkinçilik ETİ