Xəbərlər

“Azərbaycanın Lənkəran-Astara iqtisadi regionuna Avropa İttifaqının dəstəyi” layihəsinin müəyyən bəndlərinin müzakirəsi aparılıb

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Azərbaycanda tətbiqi kənd təsərrüfatı tədqiqatları və biliklərin ötürülməsi sistemlərinin GZİT təhlili üzrə Fokus-Qrup Görüşləri çərçivəsində “Azərbaycanın Lənkəran-Astara iqtisadi regionuna Avropa İttifaqının dəstəyi” layihəsinin müəyyən bəndlərinin müzakirəsi aparılıb.
Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov, ƏETİ-nin direktoru Faiq Xudayev, istehsalat üzrə direktor müavini Qərib Novruzlu, meyvə bitkiləri üzrə baş ekspert Masum Burak, KTN İnstitutlarının şöbələri və tədqiqat institutlarndan olan iştirakçılar, texniki məsləhət komandasının nümayəndələri Selahattin Mermer, Ruhəngiz Məmmədova və Emil Əsgərov iştirak ediblər.
© 2020 Əkinçilik ETİ