Xəbərlər

Çəltiyin toxumçuluğu çərçivəsində şitillər yetişdirilir

Bildiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu proqramı əsas götürərək 2022-ci ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Çəltik bitkisinin seleksiyası və becərilməsi texnologiyası” şöbəsi yaradılıb. Cari ildə şöbənin əməkdaşları tərəfindən Lənkəran bölgəsində 2022-ci ilin çəltik əkinlərini aparmaq üçün seleksiya, ilkin toxumçuluq, toxum və artırma pitomnikləri üçün şitilliklər salınıb. Bu şitilliklərin yaxın vaxtlarda açıq sahələrə köçürülməsi nəzərdə tutulur.
© 2020 Əkinçilik ETİ