Orta müddətli genbank

Akademik C.Ə.Əliyevin rəhbərliyi ilə 2001-ci ildə Əkinçilik ET İnstitutunda qiymətli kənd təsərrüfatı bitkiləri (dənli taxıl, ərzaq paxlalı və yem bitkiləri) genofondu kolleksiyasının respublikada ilk orta müddətli saxlanma genbankı yaradılmışdır.

ƏETİ-nin  mandatına daxil olan bitkilərin (buğda, çəltik, arpa, qarğıdalı, noxud, mərci, lərgə, at paxlası, soya, yonca, xaşa və s.) yerli ənənəvi və həmçinin  ölkəmizin müxtəlif-torpaq iqlim şəraitinə uyğunlaşan  müxtəlif təyinatlı Beynəlxalq pitomniklərdən seçilmiş (CIMMYT, ICARDA və s.) introduksiya olunmuş  sort və sabit xətləri sahə kolleksiyaları ilə yanaşı genbank kolleksiyasında da saxlanılır.

Genbankda 1450-ə yaxın nümunə mühafizə edilir. Bu nümunələrin (900-ə yaxın) duplet nüsxələri AMEA Genetik Ehtiyatlar İnstitutu nəzdində yaradılmış Milli Genbankda, 466 ədədi SVALBORD Şimal Toxum Bankında (Norveç) o, cümlədən 152 ədəd - buğda Triticum aestivum L. və Triticum durum Desf., 200 ədəd - qarğıdalı Zea mays L. - CIMMYT (Meksika), 56 ədəd - arpa Hordeum vulqare L.,  28 ədəd mərci Lens culinaris L.- ICARDA (Mərakeş), 30 ədəd noxud Cicer arietinum L. - ICRISAT (Hindistan) kimi beynəlxalq Genbanklarda mühafizə edilir.

 

© 2020 Əkinçilik ETİ