Xəbərlər

Əkinçilik ET İnstitutunda növbəti əməkdaşlıq görüşü keçirilb

Əkinçilik Elmi-Tədqiqat (ƏETİ) İnstitutunda direktor Faiq Xudayevlə Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov arasında əməkdaşlıq görüşü keçirilb. Görüşdə həmçinin ƏETİ-nin direktor müavini Qərib Novruzlu və “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri Laçın Novruzov iştirak ediblər.
Görüşün məqsədi quraqlığa davamlı sortların yaradılması və onların fermerlərə çatdırılmasından, eləcə də birgə layihələrin icrasının həyata keçirilməsindən ibarət olub. Əkinçilik ET İnstitutunun təklif etdiyi sortlarla bağlı Dövlət Toxum Fondu layihələr icra edəcək. 
Sonda ƏETİ ilə Dövlət Toxum Fondu arasında memorandum imzalanıb.
© 2020 Əkinçilik ETİ