Xəbərlər

Macarıstanın Su və torpaq (Water&Soil Ltd.) MMC-nin Su tutucu polimerinə həsr olunmuş onlayn tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə Macarıstanın Su və torpaq (Water&Soil Ltd.) MMC-nin Su tutucu polimerinə həsr olunmuş onlayn tədbir keçirilib. 
Tədbirdə AİM-in şöbə müdiri Cavanşir Təlai hər iki ölkənin əməkdaşlarını təqdim edərək Əkinçilik Elmi-Tədqiqat İnstitutunda keçirilmiş Macarıstanın Su və torpaq (Water&Soil Ltd.) MMC-nin Su tutucu polimerinin təqdimatı zamanı müqayisəli öyrənilməsi üçün suvarma və nəmliklə təmin olunmuş dəmyə bölgələrində yerləşən (Tərtər Bölgə Təcrübə Stansiyası və Şəki Dayaq Məntəqəsində) ikinci məhsul qarğıdalı əkinlərində planlaşdırılmış işlər haqqında şirkətin direktoru Riçard Vattaya məlumat verib.  
Diskussiya şəraitində aparılan müzakirələrdə institutun alimləri polimerin üstün cəhətləri ilə daha yaxından tanış olublar. Şirkət rəsmisini maraqlandandıran məqamlara aydınlıq gətirilib. Polimerin tətbiq ediləcək dozaları dəqiqləşdirilib.
Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, elmi katibi Sevda Hacıyeva, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Atif Zamanov və “Bitki fiziologiyası” şöbəsinin aparıcı elmi işçisi Rüfət Mirzəyev iştirak ediblər.
© 2020 Əkinçilik ETİ