Xəbərlər

Çəltiyin seleksiyası üzrə təcrübə əkinləri

Ölkə Prezidentinin 19 fevral 2018-ci il tarixində təsdiqlədiyi Sərəncamla “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün qəbul edilmiş “Dövlət Proqramı”nın hədəfləri çəltiyin əkin sahəsinin 10000 hektara, ümumi məhsul istehsalının 40000 tona, orta məhsuldarlığın 40 s/ha-ya çatdırılması nəzərdə tutulub. Çəltikçiliyin ölkədə inkişafının elmi əsaslar üzərində qurulması, onun seleksiyasının inkişaf etdirilməsi və toxumçuluğunun təşkili üçün çəltik bitkisi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına daxil edilib. 2020-2024-cü illər üçün çəltiyin seleksiya mövzu planı təstiqlənib, həmçinin seleksiya tədqiqatlarının həyata keçirilməsinə başlanılıb.

Cari ildə Lənkəran rayonunun Şıxakəran kəndində çəltiyin seleksiyası mövzüsuna uyğun olaraq seleksiya pitomnikində 32 nümunə, müsabiqəli sort sınağında  4 təkrarda, hər təkrarın sahəsi 14 m2 olmarla  3 toxum sortnümunə, 2 perspektiv nümunənin ilkin artırması əkilib. Həmçinin respublikada rayonlaşdırılmış “Avanqard” sortunun toxum, artırma və super elit toxumlarının əkini həyata keçirilib.

Cari ildə Azərbaycanın da daxil olduğu “Məkəzi və Qərbi Asiya ölkələri üzrə Çəltikçilik Mərkəzi”nin (CWARice) Azərbaycan, Türkiyə və İraqa təqdim etdiyi “Məkəzi və Qərbi Asiya ölkələrində müxtəlif üzvü gübrə mənbələrindən istifadə etməklə orqanik düyü istehsalının texniki-iqtisadi əsaslandırlması” mövzusunda Regional layihə üzrə təcrübə əkinləri yerinə yetirilib.

© 2020 Əkinçilik ETİ