Xəbərlər

İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının nümayəndə heyəti Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar

Üzv dövlətlərdə davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi strateji missiyası olan İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının (IOFS) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) olublar. 
IOFS-nin Baş direktoru Yerlan Baydaulet, ölkə üzrə menecer Maral İmanbayeva və Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi Aybek Şaripov, institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova və istehsalat üzrə direktor müavini Qərib Novruzlu ilə görüşüblər. 
Görüşdə qonaqlara ƏETİ-nin respublikada k/t istehsalının artırılmasında prioritetləri, potensial imkanları və fəaliyyət istiqamətləri, institutun mandatına daxil olan bitkilərin rayonlaşdırılmış sortları və onların respublika taxıl əkinlərində payı haqqında məlumat verilib.
Tədbirdə həmçinin yerli və xarici təşkilatlarla əməkdaşlıq formaları, IOFS-nin və kənd yerlərinin inkişafı, təcrübi və texniki yenilikləri, sosial təhlükəsizlik şəbəkələrini təmin etmək məqsədilə üzv dövlətlərdə ərzaq təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi, monitorinqi və s. məsələlər qeyd edilib.
Nümayəndə heyəti ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşerondakı təcrübə sahələri və orta müddətli genbankla, eləcə də muzeydəki nadir eksponatlarla tanış olublar. 
Tərəflər arasında davamlı kənd təsərrüfatı üzrə müzakirələr aprılıb, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
© 2020 Əkinçilik ETİ