Xəbərlər

Əkinçilik ET İnstitutunun nümayəndə heyəti Ağstafa rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağstafa Aqrar Sənaye Kompleksində Aqrar İnnovasiya Festivalı keçirilib. Festivalda Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri, alimlər, fermerlər, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri ilə yanaşı, Əkinçilik ETİ-nin və institutun Ağstafa Yardımçı Təcrübə Təsərrüfatının nümayəndələri də iştirak ediblər. İnstitutun mandatına aid olan sortların dərzləri, toxumları və onlardan hazırlanan çörək nümunələri, yem bitkiləri, kitabça və bukletlər festivalda nümayiş olunub. “Azolla”, “Kinoa”, “Amarant”, “Maralfalfa” bitkiləri haqqında məlumat istirakçıların diqqətinə çatdırılıb.
Festivalda yerli şirkətlər tərəfindən innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri və s. kimi innovativ məhsul və texnologiyalar nümayiş olunub.
© 2020 Əkinçilik ETİ