Xəbərlər

ƏETİ-nin “Davamlı Əkinçilik və Bitki Diversifikasiyası” şöbəsinə yeni müdir təyin olundu.

ƏETİ-nin “Davamlı Əkinçilik və Bitki Diversifikasiyası” şöbəsinin müdiri vakant vəzifəsinə təyin
edilmiş aqrar sahədə 25 ildən artıq təcrübəyə malik, b.ü.f.d. dosent Təmraz Hacıəli oğlu Təmrazovun
rəhbərlik səviyyəsində şöbə əməkdaşlarının iştirakı ilə təqdimatı keçirildi.
İnstitutun direktoru a.e.ü.f.d., dosent Faiq Xudayev şöbə müdiri vəzifəsinə yeni təyin olunmuş
T.H.Təmrazovu kollektivə təqdim edərək, şöbənin fəliyyətinin günümüzün tələbinə uyğun olaraq
intensivləşdirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, qarşıda duran mövcud prioritetlərin
standartlar səviyyəsində təkmilləşdirilməsi aspektindən çıxış edərək, T.H.Təmrazovun bu vəzifəyə
təcrübə, müasir yanaşma potensialı baxımından uyğunluğunu diqqətə çatdırdı.
Eyni zamanda şöbənin aqrar sahənin inkişafında əhəmiyyətini vurğulayaraq daha müasir və
səmərəli metodlardan istifadə etməklə fəaliyyət istiqamətlərinin müasir tələblər səviyyəsində yenidən
qurulmasının vacibliyini qeyd etdi. Təqdimat zamanı T.H.Təmrazov ona göstərilən etimadın
doğruldulması, qarşıya qoyulan məqsəd və vəzifələrin həlli istiqamətində gələcək planlarını açıqladı.

© 2020 Əkinçilik ETİ