Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı indeksləşmiş jurnalın redaksiya heyətinin üzvüdür

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının aparıcı elmi işçisi, 1967-ci il təvəllüdlü Mustafayev Zahid Xəlil oğlu, 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini, biologiya ixtisası üzrə bitirib. Həmin ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əyani aspiranturasına daxil olub.
O, 1997-ci ildən 2511.01-Torpaqşünaslıq və 2414.01-Mikrobiologiya ixtisaslarında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Atmosferin molekulyar azotunun diazotrof mikroorqanizmlər tərəfindən fiksasiyası” (Фиксация молекулярного азота атмосферы диазотрофными микроорганизмами) adlı monoqrafiyanın, xarici və yerli nəşrlərdə dərc edilmiş 36 elmi məqalə və tezisin müəllifidir, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin üzvüdür. Cari ildə Rusiyanın “Бюллетень науки и практики” (ISSN 2414-2948) elmi jurnalının redaksiya heyyətinin üzvü seçilib.
«Бюллетень науки и практики» jurnalı Crossref, Ulrich's Periodicals Directory, AGRIS, GeoRef, Chemical Abtracts Service (CAS), Ümumrusiya Elmi və Texniki İnformasiya İnstitutunun (VINITI RAS), eLIBRARY.RU (RSCI), EBS IPRbooks, EBS “Lan”, CyberLeninka, EBS Znanium.com, Journal Analytics Information Matrix (MIAR), ACADEMIA, Google Scholar, ZENODO, AcademicKeys (universitetlərarası kitabxana sistemi), Polşa Elmi Biblioqrafiya (PBN) fondlarına daxil edilmiş, RSCI, Index Search Articles, J- Gate, Open Academic Journals Index (OAJI), OpenAIRE, CIARD RING, BASE (Bielefeld Academic Search Engine), İnternet arxivində indeksləşdirilib.
Jurnalın impakt faktorları: RSCI - 0,245; Open Academic Journals Index (OAJI) - 0,350, Index Copernicus Journals (ICI) Master List verilənlər bazasında (ICV) 2019-cı il üçün - 100,00-dür.
© 2020 Əkinçilik ETİ