Xəbərlər

Əkinçilik ET İnstitutunun Ağstafa Yardımçı Təcrübə Təsərrüfatında soya bitkisinin ikinci səpini aparılıb

Ağstafa YTT-də Belarusiya Respublikası “Soya-Mərkəzi” Elmi-İstehsalat Birliyinin baş direktoru və təsisçisi, Belarusiya Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Oleq Georgiyeviç Davıdenko və ƏETİ-nin elmi əməkdaşlarının iştirakı ilə buğda becərilmiş kövşən yerinə soya bitkisinin 15 nümunəsinin ikinci səpini aparılıb.

Həmçinin Ağstafa YTT-nin elmi işçilərinin iştirakı ilə Ağstafa rayonu Aşağı Göycəli kənd sakini fermer Mustafayev Ədalət Valeh oğluna məxsus torpaq sahəsinin 1 hektarında aparılmış, Əkinçilik ETİ-nin yeni rayonlaşdırılmış yemlik-dənlik istiqamətli, yüksək məhsuldar “Mərcan” soya sortunun əkininə də baxış keçirilib. Görkəmlı alim əkini bəyənib, fermerə öz tövsiyələrini bildirib və bu sahədən yüksək məhsul (hektardan 40 sen.) götürüləcəyi haqda proqnoz verib.

© 2020 Əkinçilik ETİ