Xəbərlər

Əkinçilik ET İnstitutunda “Marketinq işinin qurulması” ilə bağlı növbəti iclas keçirilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi işlər üzrə direktor müavini xanım Sevinc Məmmədovanın rəhbərliyi və müxtəlif yaş qruplarını təmsil edən əməkdaşların iştirakı ilə “Marketinq işinin qurulması” na həsr edilmiş növbəti iclas keçirilib. İclasın məqsədi institutda istehsalla bağlı mövcud problemlərin üzə çıxarılıb effektli həll edilməsi istiqamətlərinin müəyyənləşdirilməsidir.

Xatırladaq ki, marketinq fəaliyyətində peşəkar olan “Solvemark MMC" ilə Əkinçilik ET İnstitutunun əməkdaşlıq işlərinin həyata keçirilməsi məqsədi ilə şirkət əməkdaşları tərəfindən institutun direktoru Faiq Xudayevlə görüş əsnasında prioritetlər müəyyənləşdirilib, Əkinçilik ETİ haqqında ətraflı araşdırma aparılaraq geniş hesabat tərtib edilib. Bu istiqamətdə "Solvermark MMC" tərəfindən problemlərin həlli yolları qismində nümunə kimi müxtəlif bəndlərdən ibarət 3 məsələ irəli sürülüb.

İclasda, üç yaş qrupunun təmsilçiləri olan əməkdaşlara təqdim edilmiş nümunə ətrafında, müzakirələr edillib. 

Əməkdaşlar müxtəlif aspektləri əhatə edərək fikir mübadiləsi aparıb, problem və onların həlli yollarının göstərilməsi istiqamətində Əkinçilik ETİ-nin mövcud və ya potensial gücü, müvafiq xidmət və məhsullar üzrə təkliflərini irəli sürüblər.

© 2020 Əkinçilik ETİ