Xəbərlər

Salyan rayonunda fermerlərə təlim keçirilib

Aqrar Xidmətlər Agentliyi, Aqrar Təlim Mərkəzi Salyan Regional Təlim Mərkəzinin əməkdaşları tərəfindən  Salyan  rayonunun Xalac kəndində fermer Ağayev Lütfəli Hümbət oğluna məxsus torpaq sahəsində " Yay şumunun aparılması, torpağın təkrar əkinlər və payızlıq əkinlər üçün hazırlanması tədbirləri " mövzusunda təlim keçirilib. Təlimdə Aqrar Xidmətlər Agentliyinin Salyan Regional Təlim Mərkəzinin əməkdaşları, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı biologiya elmləri üzrə fəlsəfə doktoru Atif Zamanov , torpaq mülkiyyətçiləri  və aqrar mütəxəssislər iştirak ediblər. İştirakçılara mövzu ətrafında geniş məlumat verilib.

Təlimçilər tərəfindən qeyd olunub ki, taxıl biçinin  tamamlayan kimi, elə həmin gündən etibarən növbəti mövsüm üçün və eləcə də təkrar əkinləriniz üçün sahə hazırlıqlarına başlanılmalıdır. Əlavə gəlirlər qazanmaqla yanaşı, növbəli əkinçilik sisteminin tələblərinə uyğun qısa rotasiyalı növbəli əkinlər tətbiq etməklə təkrar əkinlərə üstünlük verilməlidir. Ən vacib aqrotexniki tədbirlər, xüsusilə də yay şumunun keyfiyyətli aparılması növbəti təsərrüfat ilində məhsuldarlığın artırılması üçün əsas faktorlardan biridir. Torpaqda nəmliyin qorunub saxlanması üçün, sahədə mövcud olan xəstəlik və zərərvericilərlə mübarizə aparılması üçün, gəmiricilərin inkişaf dinamikasının qarşısının alınması üçün, sahədə alaq otlarının geniş yayılmasının qarşısının alınması üçün  yay şumu mütləq aparılmalıdır.

Sonda fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

© 2020 Əkinçilik ETİ