Xəbərlər

İnstitutun nümayəndələri Cəlilabad rayonunda keçirilən növbəti toxum sərgi-satış yarmarkasında iştirak ediblər

Növbəti toxum sərgi-satış yarmarkası Cəlilabad rayonunda keçirilib. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Yarmarkada Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak ediblər. Sərgidə biotik və abiotik amillərə davamlı yeni və yüksək məhsuldar arpa, buğda, qargıdalı, noxud, mərci və yonca sortlarının toxumlarını təqdim edərək, onlar haqqında iştirakçılara ətraflı məlumat verilib. Fermerlərə yerli sortların üstünlüklərini izah edilıb. 

Həmçinin taxıl istehsalçılarına sortların bölgələr üzrə yerləşdirilməsi, seleksiya işlərinin qurulması, onların bioloji xüsusiyyətləri və yetişdirilmə aqrotexnikaları haqqında ətraflı məlumat verilib.

ƏETİ tərəfindən yaradılan sortlar iştirakçıların marağına səbəb olub. İştirakçılara  yeni sortların aqrobioloji xüsusiyyətləri və becərilmə aqrotexnikaları haqqında bukletlər paylanılıb.

© 2020 Əkinçilik ETİ