Xəbərlər

SEGULA - Aqro və Tex. Layihələr Avrasiya MMC və Əkinçilik ET İnstitutu arasında əməkdaşlıq görüşü keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) rəhbərliyi ilə SEGULA-Aqro və Tex. Layihələr Avrasiya MMC-nin (Məlumatlara əsaslanan Kənd Təsərrüfatı Şirkəti) baş icraçı direktoru Ronen Almog və baş icraçı direktorun assistenti Nigar Kececi arasında əməkdaşlıq görüşü keçirilib. 

 Görüş zamanı tərəflər arasında qarşılıqlı tanışlıq məqsədilə məlumatlar dinlənilib.  

 Əməkdaşlıq çərçivəsində SEGULA tərəfindən İsrail mənşəli  dənli-taxıl və yem bitki sortlarının ölkəmizdə sınağının aparılması təklif olunub. Təklif üzrə  müzakirələr zamanı ƏETİ tərəfindən, şirkətin təqdim etdiyi “Tarla bitki sortlarının” kataloqundan seçim edildikdən sonra, Azərbaycanın müxtəlif bölgələrində əkin aparılması qərarına gəlinib.

 Görüş çərçivəsində perspektivlər müzakirə olunub və əməkdaşlıq Memorandumunun imzalanması razılaşdırılıb.

 

© 2020 Əkinçilik ETİ