Xəbərlər

Çəltikçiliklə məşğul olan fermerlərlə, kiçik və orta sahibkarlarla görüş keçirilib

Göyçay rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyevanın iştirakilə çəltikçiliklə məşğul olan fermerlərlə, kiçik və orta sahibkarlarla görüş keçirilib.

Görüşün məqsədi Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində qarşıda duran vəzifələrin və tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Belə ki, görüş zamanı çəltikçilik sahəsində mövcud problemlərin aradan qaldırılması, çəltik bitkisinin əkin sahələrininin artırılması, məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsi, ixrac yönümlü, rəqabət qabiliyyətli məhsul istehsalı, idxaldan asılılığın aradan qaldırılması və s. məsələlərə toxunulub.

Eyni zamanda fermer və sahibkarlarla danışıqlar və müzakirələr aparılıb, aidiyyatı üzrə tövsiyələr verilib.

© 2020 Əkinçilik ETİ