Peşə bayramı münasibətilə Əkinçilik Elmi - Tədqiqat İnstitutunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda tədbir keçirilib. Tədbirdə kollektivin ürək sözləri dinlənilib. Bir qrup əməkdaş institutunun elmi və ictimai fəaliyyətində aktiv iştirakına görə təşəkkürnamələrə layiq görülüblər.