Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Türkiyə Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) nümayəndə heyəti Türkiyə Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutuna (Adana Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü) səfər çərçivəsində Biotexnologiya, Toxuma kulturası laboratoriyalarına, Süni iqlim otaqlarına və əkin sahələrinə baxış keçiriblər. Tərəflər arasında quraqlığa davamlı buğda sortları, alternativ yem bitkiləri, qarşılıqlı kadr və laboratoriya personallarının təcürbə mübadiləsi, elmi işlərin aparılması və s. mövzular üzrə müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ