Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Nəşr işçi qrupunun ilk iclası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Elmi Şuranın qərarına (27 oktyabr tarixli 05 N-li protokol) əsasən nəşrlərin çapa uyğunluğunun qiymətləndirilməsi məqsədilə yaradılan Nəşr işçi qrupunun ilk iclası keçirilib. 
İclasda Otlaq və biçənəklər şöbəsinin aparıcı elmi işçisi a.e.ü.f.d. Seyfəddinov Savalan Şahbaba oğlunun rəsmi müraciətinə əsasən “Heyvandarlığın inkişafında mikroelementlərin əhəmiyyəti” mövzusunda çap üçün təqdim etdiyi Monoqrafiyanın Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasın tələblərinə uyğun tərtib olunmasının təmin edilməsi məqsədilə institutun prioritet istiqamətlərini təmsil edən mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən müzakirə aparılıb, təklif və tövsiyələri əks etdirəcək yekun rəy hazırlanması qərarlaşdırılıb.
© 2020 Əkinçilik ETİ