Xəbərlər

"Dialoq-ticarət" şirkətinin nümayəndəsi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub

Tatarıstan Respublikası, Kazan şəhərində fəaliyyət göstərən "Dialoq-ticarət" şirkətinin nümayəndəsi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) olub. Görüşdə institutun direktor müavinləri Sevinc Məmmədova, Qərib Novruzlu və şirkətin “Bitçilik” şöbəsinin rəhbəri Artyom Volkov iştirak ediblər. A.Volkov "Dialoq-ticarət" şirkəti haqqında ətraflı məlumat verərək bildirib ki, kənd təsərrüfatı bazarında şirkət fəaliyyət göstərdiyi müddət ərzində südçülük üçün ən vacib və problemli sahələri müəyyən edib. 
Müraciətlər əsasında şərtlərə uyğun fərdi proqram hazırlayır, məlumatların avtomatlaşdırılmış uçotu sistemini tətbiq edir və kənd təsərrüfatının müasir inkişafına uyğun olaraq məlumatların təhlilinə kömək edir, həmçinin təsərrüfatın artım nöqtələrini müəyyən edir. Şirkət müasir vasitələrdən səmərəli istifadə etməklə əsas yemin hazırlanması, həmçinin mal-qara xəstəliklərinin qarşısının alınmasında da ixtisaslaşıb.
Görüşün məqsədi yem bitkiləri üzrə əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi olub.
© 2020 Əkinçilik ETİ