Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2023-ci il münasibətilə tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2023-cü il münasibətilə tədbir keçirilib. Tədbirdə institutun kollektivi ilə yanaşı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov və Komitənin baş mütəxəssisi Mehman Məmmədov da iştirak ediblər.

Tədbirdə Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru Faiq Xudayev tədbir iştirakçılarını salamlayaraq, onları bu əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini, həmvətənlərimizin birliyini, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurları diqqətə çatdırıb. F.Xudayev 2023-cü ildə də ölkəmizin böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib. O, həmçinin 2023-ci ilin yekunlarından, institutun elmi-təşkilati fəaliyyətindən, görülən işlərdən, əldə olunan nailiyyətlərdən və gələcək planlardan bəhs edib.

Sonra F. Məmmədov çıxış edərək institutun kollektivinə ürək sözlərini çatdırıb. O, institutun elmi təşkilati fəaliyyərində fərqlənən əməkdaşlara və yubilyarlara Təşəkkürnamə və Fəxri Fərmanlar təqdim edib.

İnstitutun direktor müavinləri Qərib Novruzlu, Sevinc Məmmədova, Şikar Əhmədov, elmi katib Sevda Hacıyeva və digər əməkdaşlar da bayram təbriklərinə qoşularaq kollektivə ürək sözlərini və təbriklərini catdırıblar.

Tədbir çərçivəsində bədii-əyləncəli proqram təşkil olunub.

 

© 2020 Əkinçilik ETİ