Xəbərlər

SEEDEV şirkətinin direktoru Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub

Serbiya Respublikasının paytaxtı Belqrad və Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərlərində fəaliyyət göstərən SEEDEV şirkətinin direktoru İvana Duliç Markoviç Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) olub. Görüşdə ƏETİ-nin direktoru Faiq Xudayev, direktor müavinləri Sevinc Məmmədova, Qərib Novruzlu və institutun əməkdaşları iştirak ediblər. Görüşün məqsədi ƏETİ ilə SEEDEV şirkəti arasında əməkdaşlıq istiqamətləri və perspertivləri üzrə əlaqələrinin yaradılması yollarının müəyyənləşdirilməsi olub. Tərəflər arasında tanışlıq məqsədilə ətraflı məlumatlar səsləndirilib. F.Xudayev institutun fəaliyyət istiqamətləri, mandata daxil olan bitkilər üzrə həyata keçirilən elmi-tədqiqat işləri, həmçinin respublikada taxıl və toxum istehsalı və ƏETİ-nin bu sahədə rolu haqqında məlumat verib. 
Tanışlıq çərçivəsində İvana Duliç Markoviç rəhbərlik etdiyi şirkət haqqında məlumat verərək diqqətə çatdırıb ki, SEEDEV şirkəti Cənub-Şərqi Avropada kənd təsərrüfatı siyasəti, aqrobiznesin inkişafı, layihələrlə bağlı müxtəlif fəaliyyətlər, təlimlər, tədqiqatlar, bazar araşdırmaları və s. istiqamətlərdə fəaliyyət göstərir. 
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün razılıq əldə edilib.
© 2020 Əkinçilik ETİ