Xəbərlər

Şöbə və laboratoriyaların hesabatlarının təqdimatları başa çatıb

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) şöbə və laboratoriyaların hesabatlarının təqdimatları başa çatıb. Hesabat yığıncağında Bitki seleksiyası, Bitki fiziologiyası, Davamlı əkinçilik və bitki diversifikasiyası, Otlaq və biçənəklər, Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası şöbələrinin, Dənin keyfiyyəti, Xəstəlik və zərərvericilərə nəzarət, Torpaq və bitki analizləri, Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi, Modern seleksiya və molekulyar biologiya laboratoriyalarının 2022-ci ilə dair yekun hesabatları təqdim olunub. Təqdimatlar institutun rəhbərliyinin iştirakı ilə keçirilib.
ƏETİ-nin qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yerinə yetirilən 6 tədqiqat proqramı (buğda və çəltik, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 16 mövzu və 41 tədqiqat işi yerinə yetirilir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, beynəlxalq seleksiya mərkəzləri İCARDA və CİMMYT-lə əməkdaşlıq edilir.
© 2020 Əkinçilik ETİ