Xəbərlər

Aqrar Məsləhət Xidmətləri mövzusunda Milli Forum keçirilib

Əkinçilik ET İnstitutunun əməkdaşları Aqrar Məsləhət Xidmətləri mövzusunda keçirilən Milli Forumdan iştirak edib

Aqrar Məsləhət Xidməti (AMX) üzrə Milli Forum məlumat və təcrübələri bölüşmək və təkmilləşdirmək, ölkə səviyyəsində yeni tendensiyaları (siyasi, iqtisadi, marketinq və s.) və AMX-nin prioritet texniki mövzularını müəyyənləşdirmək və müzakirə etmək məqsədi daşıyır. Demək olar ki, Milli Forum öz iş proqramlarını təqdim edən AMX mütəxəssislərini bir araya gətirən illik konfrans və proqramlaşdırma tədbiridir. 
AMX forumu həm də hökumətin prioritetlərini və siyasətini məlumatlandırma mexanizmlərindən biridir.
Tədbirdə aqrar sahə peşəkarları, idarəetmə orqanları, dövlət və özəl aqrar məsləhət xidməti təminatçıları iştirak ediblər.
Milli Forum Azərbaycanda AMX-nin gücləndirilməsi və modernləşdirilməsi prosesində anlaşma, ümumi baxış və iştirakın gücləndirilməsi, AMX sistemi üçün təcrübələri, yanaşmaları paylaşmaq, ümumi prioritetləri müəyyən etmək, AMX iştirakçıları arasında sinerji, əməkdaşlıq və koordinasiyanı müəyyən etmək və fasilitasiya etmək, AMX strategiyasının hədəf auditoriyasından strukturlaşdırılmış rəy toplamaq istiqamətlərində fəaliyyət göstərib.
Forumun gündəliyi Azərbaycanda AMX Sistemi, AMX strategiyasinin təsdiqlənməsi, AMX problem həlledici kimi, güclü AMX üçün tərəfdaşliq sessiyalardan ibarət olub.
Milli Forumda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak ediblər.
© 2020 Əkinçilik ETİ