Xəbərlər

Azərbaycanda çəltikçilik üzrə tarixi statistik məlumatların əldə edilməsinə dair onlayn formatda görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və Rusiyanın K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Rusiya Dövlət Aqrar Universiteti və onun nəzdində fəaliyyət göstərən V.Vilyams adına Torpaqşünaslıq və Aqronomluq Muzeyi arasında onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfindən ƏETİ-nin direktor müavinləri Sevinc Məmmədova və Qərib Novruzlu, “Razi Farm” Çəltikçilik Şirkətinin rəhbəri Fərid Axundov, Rusiya tərəfindən K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının beynəxalq əlaqələr şöbəsinin əməkdaşı Anna Yuryevna, Moskva Kənd Təsərrüfatı Akademiyasının Rusiya Dövlət Aqrar Universitetinin V.Vilyams adına Torpaqşünaslıq və Aqronomluq Muzeyinin direktoru İrina Kopeykina iştirak ediblər.
Tərəflər arasında keçmiş Sovetlər dönəmində müxtəlif illərdə Azərbaycan ərazisində aparılmış ekspedisiyalardan toplanaraq V.Vilyams adına Torpaqşünaslıq və Aqronomluq muzeyində saxlanılan yerli çəltik sortlarının toxumu və kənd təsərrüfatı təyinatlı sahələrin torpaqları, əkinlər haqda qiymətli, tarixi statistik məlumatların alınması və ƏETİ-nin prioritet istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib. 
Sonda anlaşma Memorandumunun imzalanması qərarlaşdırılıb.
© 2020 Əkinçilik ETİ