Xəbərlər

Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Xocalı soyqırımında, o cümlədən Vətən uğrunda şəhid olan həmvətənlərimizin və qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə institutunun direktoru Faiq Xudayev çıxış edərək bildirib ki, XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 31 il ötür. 
F. Xudayev  erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. 
O, bildirib ki, ermənilərin Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.
Tədbirdə çıxış edən institut əməkdaşları tərəfindən diqqətə çatdırılıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. 
Tədbirdə institutun əməkdaşları Xocalı faciəsi ilə bağlı ürək sözlərini bildiriblər. Xocalı faciəsi haqqında video çarx nümayiş olunub.
© 2020 Əkinçilik ETİ