Xəbərlər

“Aqrar sahədə ideyaların layihə halına salınması və layihələrin yazılma qaydası” mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Gənc alimlər və mütəxəsislər” şurasının təşkilatşılığı ilə “Aqrar sahədə ideyaların layihə halına salınması və layihələrin yazılma qaydası” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd aqrar sahədə çalışan mütəxəssislərin effektiv layihə təklifinin hazırlanması, təklifin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi bacarıqlarının formalaşdırlmasından ibarətdir.
Təlimdə layihə ideyasının tapılması, ideyanın layihəyə uyğunlaşdırılması, layihənin yazılması mərhələləri, idarə olunması və digər məsələlərə aydınlıq gətirilib. Təlimdə icra olunmuş və davam edən real layihə misalları üzərində izahat aparılıb. İştirakçılar ilə birgə layihə təkliflərinin yazılma perspektivləri də müzakirə edilib.
© 2020 Əkinçilik ETİ