“Heydər Əliyev ili” nə həsr edilmiş seminar keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda «Dəqiq əkinçilik-kənd təsərrüfatında müasir və innovativ texnologiyadır» mövzusunda seminar keçirilib. Seminarın aparıcısı “Bitki fiziologiyası” şöbəsinin baş elmi işçisi, aqrar elmləri doktoru, dosent Yasin Kərimov həmin mövzüda çıxış edərək bu texnologiya barədə, eləcə də onun əhəmiyyəti və Azərbaycanda tətbiq imkanları haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Bundan sonra seminarın iştirakçıları mövzu ilə bağlı məruzəçiyə müxtəlif suallar vermiş, həmin texnologiyanın əhəmiyyəti ilə bağlı fikirləri bildirmiş və institutda bu texnologiya ilə ciddi məşğul olacaq müvafiq işçi qrupun yaradılmasının vacibliyini qeyd etmişlər.