Xəbərlər

Qarışıq səpinlərin becərmə texnologiyası öyrənilir

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Ağstafa Yardımçı TəcrübəTəsərrüfatında (YTT) “Davamlı əkinçilk və bitki diversifikasiyası” şöbəsinin mövzu, iş və təqvim planına uyğun olaraq “Gəncə-Qazax bölgəsinin dəmyə və suvarılan torpaqlarında birillik taxıl otları və paxlalı bitkilərin qarışıq səpinlərinin becərmə texnologiyasının öyrənilməsi, onların torpağın fiziki keyfiyyətinin yaxşılaşdırılmasında rolu” adlı işin çöl tarla təcrübəsi yerinə yetirilib. Tarla təcrübəsi “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi Nizami Hümmətov, “Davamlı əkinçilk və bitki diversifikasiyası” şöbəsinin böyük elmi işçisi Qabil Kazımov və Ağstafa YTT-nin əməkdaşları tərəfindən həyata keçirilib. Belə ki, payızda şumlanmış sahədə yaz yağışları nəticəsində əmələ gəlmiş alaq otları və şumda olan iri kəltənlər dişli mala ilə malalanıb. Maladan sonra sahədə metodikada nəzərdə tutlmuş səpin sxemi üzrə təcrübənin maketi qurulub. Sahə səpinə tam hazır olduqdan sonra sxem üzrə səpin aparılıb. 

© 2020 Əkinçilik ETİ