Xəbərlər

Əməkdaşlıq layihəsi çərçivəsində sınaq təcrübələri aparılıb

Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meladora MMC və Etalon Agro MMC-nin birgə əməkdaşlıq layihəsi çərçivəsində İsmayıllı rayonunda Açıq Tarla Platformasında (ATP) karbamid gübrəsinin taxıl bitkilərində yemləmə gübrəsi kimi tətbiqi zamanı gübrə itkisinin minimuma endirilməsi məqsədilə sınaq təcürbələri aparılıb. Belə ki, gələcəkdə nəzərədə tutulan bu sınaqlar üçün əvvəlcədən sahələr ayrılıb, həmin sahələrin torpaq analizləri aparılıb, gübrə tövsiyələri hazılanıb, eyni təsiredici maddə hesabilə əkin zamanı gübrələr tətbiq olunub. 
Yemləmə gübrəsi olaraq karbamid gübrəsi sınaq sahələrində eyni təsiredici maddə hesabilə toxumsəpən aqreqatla və gübrəsəpənlə kökdənkənar yemləmə şəkilində tətbiq olunub. Vegetasiyanın sonunda məhsuldarlıq göstəriciləri hesablanaraq üsulların ayrı-ayrılıqda effektliyi müəyyən ediləcək və fermerlər üçün dəmyə ərazilərdə tövsiyələr hazırlanacaq.
© 2020 Əkinçilik ETİ