Xəbərlər

“Qarğıdalının becərilmə texnologiyası” mövzusunda onlayn formatda təlim keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı a.ü.f.d. Sevindik Dünyamalıyev “Qarğıdalının becərilmə texnologiyası” mövzusunda onlayn formatda təlim keçib. Təlimdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, mütəxəssislər, fermerlər iştirak ediblər.

Təlim zamanı təqdimat əsasında Azərbaycanda qarğıdalı bitkisinin əkin sahələrinin artım dinamikası, qarğıdalı əkinlərində səpin qabağı tədbirlər, səpin müddəti, norması və üsulu, qarğıdalı bitkisinin böyümə və inkişafına, məhsuldarlığına, istehsal olunan dənin keyfiyyət göstəricilərinə təsir edən amillər, gübrələmə, gübrə normaları və istifadəsi, vərdələmənin əhəmiyyəti, sahənin sələfdən asılı olaraq becərilməsi, toxumun tədarükü, təkrar əkinlərdən sonra tərəvəz və digər dənli bitkilərin becərilməsi, vəsaitə qənaətedici torpaq becərmələri, bitki xəstəliklərinə, alaqlara qarşı mübarizə üsulları və s. haqqında ətraflı məlumat verilib.

© 2020 Əkinçilik ETİ