Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təlim keçirilıb

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərində aprobasiyaya hazırlıq, toxumların kondisiyaya çatdırılması və sertifikatlaşdırılması” mövzusunda təlim keçirilıb.
Təlimi giriş sözü ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev açıb. O vaçib məsələlərə toxunub, təlim mövzusunun aktuallığından bəhs edib.
Sonra institutun istehsalat üzrə direktor müavini Qərib Novruzlu mövzu üzrə çıxış edib. O, təqdimat əsasında dənli taxıl və dənli-paxlalı bitkilərinin ilkin toxumçuluğu, toxum və (ilkin) toxumçuluq, toxumun keyfiyyəti, toxumun kateqoriyaları və sort, elit toxum istehsalının təşkili, dənli (qarğıdalıdan başqa), dənli paxlalı və yarmalıq bitki toxumlarının səpin keyfiyyətləri, sortdəyişmə və sorttəzələmə, aprobasiya aparılmasına dair ümumi qaydalar, aprobasiya nə deməkdir və digər məsələlər haqqında ətraflı məlumat verib.
Sonda aprobatorların attestasiyası aparılıb.
© 2020 Əkinçilik ETİ