Əkinçilik ET İnstitutu Bakıda keçirilən Kənd Təsərrüfatı və Qida Sənayesi Sərgisində iştirak edib
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Bakı Ekspo Mərkəzində keçirilən 17-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") beynəlxalq sərgisində iştirak edib.
Sərgidə ƏETİ-nin mandatına daxil olan, həmçinin patentləşmiş və rayonlaşmaya təqdim olunan bitki nümunələri, yumşaq və bərk buğda, arpa, vələmir, çovdar, kinoa, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras bitkilətinin toxumları və bu nümunələrdən bişirilmiş çörəklər və digər məhsullar nümayiş olunub.
İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.