Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirildi.

19.01.2017-cı il tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda xalqın qan yaddaşına əbədi həkk olmuş 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə bağlı anım tədbiri keçirildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Hümmətov Nizami çıxış edərək  Qanlı Yanvar həqiqətlərindən bəhs etdi.1990-cı ilin Yanvarında sovet kommunist rejiminin öz varlığını saxlamaq, xalqların və insanların azadlıq səsini susdurmaq planı baş tutmadı. Təcavüz öz məqsədinə nail ola bilmədi. 20 Yanvar Azərbaycan xalqının öz torpaqlarını qorumaq və azad etmək uğrunda hər cür fədakarlıqlara qadir olmaq, güclü və qüdrətli dövlət qura bilmək və yaşatmaq potensialını və haqqını ortaya qoydu.Daha sonra institutun alimləri şahidi olduqları o ağri-acılı 20 Yanvar gecəsindən bəhs etdilər. Gənc əməkdaşlar 20 Yanvar faciəsi ilə bağlı şerlər ifa etdilər. Sonda 20 Yanvar faciəsini əks etdirən film nümayiş etdirildi.

© 2020 Əkinçilik ETİ